ABŞ mediası Fətullah Güləni hədəfə alıb

ABŞ mətbuatında ilk dəfə Fətullah Gülən haqqında mənfi rəy açıqlanıb. “Vaşinqton Tayms” nurçu lideri radikal şəxs adlandırıb.

“Mülayimlilik radikal bir gündəmi maskalayarsa” adlı məqalədə F.Gülənin həm ABŞ, həm də Türkiyə üçün təhlükəli olduğu bildirilib.

Məqalənin müəllifi Abraham Vaqner Kolumbiya Universitetinin müəllimidir. “25 milyard dollar sərvəti olan bu adamın pulu necə qazandığını keç kim soruşmur”, – deyə A.Vaqner Güləni ittiham edir və Federal Təhqiqat Bürosundan nurçu liderə qarşı cinayət işi açılmasını tövsiyə edir.