Azərbaycanda hər 5 nikahdan 1-i boşanma ilə nəticələnir

Bu ilin 6 ayı ərzində Azərbaycanda 6 min 300 ailə boşanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir.

Məlumatda bildirilir ki, 2016-cı ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 29,8 min nikah və 6,3 min boşanma halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.