Bill Qeyts yenə birincidir

ABŞ-ın “Forbes” jurnalı dünyanın 100 ən zəngin insanının reytinqini dərc edib. Bildirilir ki, siyahıya 78 milyard dollar varidatı olan “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts başçılıq edir.

İkinci və üçüncü pillədə 66 və 54 milyard dollar sərvətlə müvafiq olaraq “Amazon” şirkətinin direktoru Ceff Bezos və “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq qərarlaşıblar.