Bred Pitin yeni filminin ilk treyleri – Video

Bred Pit və Marion Kotiyyarın baş rolda çəkildikləri “Müttəfiqlər” (Allied) filminin ilk treyleri yayılıb.

Məlumata görə, müharibə haqqında olan bu dramda boevik və triller janrlarının da elementləri var. Film ilk əvvəl “5 saniyə sakitlik” adlandırılsa da, rəsmi təqdimata qədər dəyişdirilib. Ekran işi 1942-ci ildə Afrikada olan fransız və amerikalı agentə verilən təhlükəli tapşırıq və onlar arasında yaranan sevgi haqqındadır. Pitin qəhrəmanı evə qayıtdıqdan sonra anlayır ki, onun uşağının anası əslində nasist casusudur.

Filmin premyerası noyabrda planlaşdırılıb.