“Dünyanın ən lazımsız işi”ni görürlər

Rio-de-Janeyroda keçirilən Yay Olimpiya oyunları ilə bağlı maraqlı məqamlar gündəmdən düşmür.

Məlumata görə, bu dəfə sosial medianın hədəfində dünyanın ən yaxşı üzgüçüləri təhlükə ilə üzləşərsə, onları xilas etmək üçün oturan qızlardır. Braziliya qanunlarına görə ictimaiyyətə açıq böyük hovuzlarda mütləq canqurtaranlar olmalıdır. Lakin onların özündən qat-qat təcrübəli üzgüçüləri xilas etmək üçün orada oturmağı lağ obyekti olub.

Tvitterdə istifadəçilər bunu “dünyanın ən lazımsız işi” adlandırıblar. Canqurtaranlar bu yarışları ən yaxşı yerdən izləməklə yanaşı bunun qarşılıığında heç də az olmayan maaş alırlar.

uzgucu-azeuro-2