“Facebook”un başı dərddədir – foto

“Facebook” nümayəndələri bir müddət əvvəl məlumat vermişdilər ki, “Adblock Plus” proqramı istifadə olunduğu halda belə, istifadəçilər reklamları görməkdə davam edəcəklər.

Technote xəbər verir ki, hətta “Facebook”da reklam formatlarının dəyişdirilməsi üzərində işlər görülməkdə idi.

Bunu nəzərə alan “Adblock Plus” daha da “irəli formada” dəyişiklik edib və filtrlənmədən istifadə nəticəsində yalnız reklamların deyil, o cümlədən istifadəçi postlarının da silinməsinə nail ola bilib.

Məlumata görə, artıq “Facebook” bu istiqamətdə çalışmalara start verib və tezliklə “Adblock Plus” proqramı ilə bağlı problemə son qoyulacaq. Bu dəyişiklik tez bir zamanda bütün istifadəçi hesablarında özünü göstərəcək.