Fransada müsəlmanların diskriminasiyası RƏSMİ QANUN

Fransanın Kann turistik şəhərinin bələdiyyə sədri Devid Lisnard müsəlman qadınları üçün nəzərdə tutulmuş dəniz çimərliyi geyimi – haşemanı qadağan edən qanunun qəbul olunmasına dair sənədi imzalayıb. Türkiyənin “Takvim” internet qəzeti xəbər verir ki, Lisnard haşemanı “İslamiyyət aşırılığı simvolunu əks etdirən simvol” kimi qiymətləndirərkən, dəniz sahillərində xaç, yəhudi kippası və baş örtüyünə icazə veriləcəyini bildirib.

Fransalı bələdiyyə sədrinin bu qərarı birmənalı qarşılanmayıb. Belə ki, ölkənin insan haqlarını müdafiəsi təşkilatları sözügedən halın aradan qaldırılması üçün məhkəməyə müraciət edəcəklərini deyiblər. Onların fikrincə, bu müsəlmanların diskriminasiyasıdır.

Qeyd olunur ki, Almaniyada son zamanlar yaşanan terror hadisələrinin ardınca Fransada hazırlanan qanunda müsəlmanlara digər qadağalar da tədbiq olunacaq.