Rusiyada yaşayış evində baş vermiş yanğın zamanı 5 nəfər ölüb

Rusiya Federasiyasının Kareliya Respublikasının Kalevalsk rayonunda yaşayış evində güclü yanğın baş verib.

İnterfaks agentliyi xəbər verir ki, hadisə rayonun Oktyabrsk küçəsində qeydə alınıb.

Yanğın zamanı 3-ü uşaq olmaqla 5 nəfər ölüb.

Alovun söndürülməsinə bir neçə yanğınsöndürən və texnika cəlb olunub.