ABŞ üzgüçüsü 23-cü dəfə olimpiya çempionu olub

ABŞ üzgüçüsü Maykl Felps karyerasında 23-cü dəfə olimpiya çempionu olub.

Məlumata görə, 31 yaşlı idmançı növbəti nailiyyətə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 4X100 metr məsafəyə kombinə estafet yarışında imza atıb.

Tərkibi Rayan Mörfi, Kodi Miller, Maykl Felps və Natan Adriandan ibarət kvartet finalda finişə 3 dəqiqə 27,95 saniyəyə çataraq, dünya və olimpiya rekordu müəyyənləşdirib. Böyük Britaniya (3:29.24) gümüş, Avstraliya (3:29.93) bürünc medala yiyələnib.

Qeyd edək ki, bu, Maykl Felpsin son yarışı olub. Felps “Rio-2016″da ümumilikdə 5 qızıl, 1 gümüş medal qazanıb.