Pakistanda avtobusun dərəyə aşması nəticəsində 16 nəfər ölüb

Pakistanın Kaşmir vilayətinə nəzarət etdiyi ərazidə, Palandri və Hadcir kəndləri arasında sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 16 nəfər həlak olub.

Məlumata görə, bu barədə “Frans Press” agentliyi xəbər yayıb.

“Qəza nəticəsində 16 sərnişin həlak olub, 29 nəfər yaralanıb, onlardan 6-ı ağır vəziyyətdədir”, – deyə agentliyin məlumatında deyilir.

Məlumata görə, toy mərasiminin qonaqlarını daşıyan avtobusda 50-dən çox sərnişin olub.