Vətəndaşlar nəhəng Türkiyə bayrağı ilə AKP-nin ümumi mərkəzinə doğru yürüş edib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 15 illik yubileyi münasibətilə təxminən 6 min insan partiyanın ümumi mərkəzinə doğru yürüş edib.

Anadolu agentliyinin məlumatına görə, vətəndaşlar yürüşdə 4 metr enində, 1 kilometr uzunluğunda olan nəhəng Türkiyə bayrağını dalğalandırıblar.

Təntənəli yürüşdə “Vətən sənə canım fəda” şüarı səsləndirilib.