​Ermənilər Qazaxda yanğın törətməyə cəhd edib

Ermənistan silahlı birləşmələri bu dəfə Qazaxın sərhəd kəndlərində yanğın törətməyə cəhd edib.

Düşmən 2-3 gündür işğal altında saxladığı ərazidə quru otlaq sahələrini yandıraraq onun Bala Cəfərli, Xanlıqlar, Böyük Cəfərli kəndlərinə doğru istiqamət almasına çalışır.

Otlaq sahələrini yandırmaqla sakinlərin örüş sahələrini məhv etməyə can atan düşmən ordusu, yaxınlıqdakı evlərə də ziyan vurmağı planlaşdırır.

Son günlər havaların isti keçməsi kol-kosun, otlaq sahələrinin quruyaraq tez bir zamanda alışmasını labüd edir. Bundan istifadə edən ermənilər əsasən küləkli havada sahələrə od vuraraq alovun sərhəd kəndlərə doğru yayılmasına çalışırlar. Qeyd edək ki, erməni silahlı birləşmələri iyulun sonunda da Tovuzun Əlibəli kəndində yanğın törətmişdilər.