Həyat yoldaşı Kıvanç üçün pəhriz və idman siyahısı hazırlayıb

Başak Dizer, həyat yoldaşı Kıvanç Tatlıtuğ üçün sıx bir pəhriz və idman siyahısı hazırlayıb.

Keçmiş vücuduna sahib olmaq naminə Kıvanç Tatlıtuğ yeni serialı “Siyah Beyaz” üçün dieta saxlayır. Həyat yoldaşı Başak Dizerin əmisi oğlu, idman müəllimi və dietoloq Murad Bür aktyor üçün xüsusi proqram hazırlayıb.

Başak Dizer də Kıvançı idmanda müşayiət edir, yedikləri kalorini də hesablayır.