Hande Yener Bakıya toya gəlib

Ötən gün Türkiyənin məşhur müğənnisi Hande Yener Bakıya gəlib.

Məşhurun paytaxtımıza gəlməsinin səbəbəi isə toy mərasimlərinin birində iştirak etməsi olub.

Hande Yenerlə yanaşı, toyda Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Röya Ayxan da qonaq olub.

Türkiyəli ulduz Röyaya heyranlığını sosial şəbəkədə belə dilə gətirib : “Mən bu qıza heyran oldum… Röya kimi şirindir… Tarix də əfsanəvi prodüserdir”.