Türkiyə hökuməti Gülənin təşkilatını ləğv etmək istəyir

Türkiyə hökuməti müxalifətçi din xadimi Fətullah Gülənin təşkilatını (FETÖ) büsbütün ləğv etmək niyyərindədir. Virtualaz.org Türkiyənin “Akşam” qəzetinə istinadən bildirir ki, bunu ölkənin baş naziri Binali Yıldırım deyib.

“Partiyamızın 15 yaşı var və 15 iyul çevriliş cəhdindən sonra gördük ki, heç bir şey əvvəlki kimi olmayacaq. Biz boyun əymədik, məğlub olmadıq”, – baş nazir bildirib.

Onun sözlərinə görə, Gülənin təşkilatından savayı, Türkiyə hökuməti PKK terror təşkilatını da ləğv etmək arzusundadır.