UEFA azərbaycanlı hakimə təyinat verib

UEFA futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayevə yeni təyinat verib.

AFFA-nın rəsmi saytına istinadən verilən məlumata görə, Y.Nurullayev UEFA kubokunun ilkin təsnifat mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Qrupda Almaniyanın “Hamburg Panthers”, Uelsin “Kardiff Universiteti”, Norveçin “Sandefjord Fotball” və Moldovanın “Klassik Kişinau” komandaları mübarizə aparacaq.

Qeyd edək ki, oyunlar 18-21 avqustda Moldovada keçiriləcək.