Bakıda keçmiş məhkumlar qaz tapançası ilə mənzili soydu-FOTOLAR

Bakıda keçmiş məhkumlar qaz tapançası ilə mənzili soyublar.

AzEuroNews.com-un məlumatına görə, Eyvazov Nahid Qədir oğlu tanışı Sadıqov Elman Bağman oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti ilə özgəsinin əmlakını talayıblar. Onlar Yasamal rayonu Zərdabi prospekti ev 41 mənzil 91 ünvanında yaşayan Hümbətzadə Elmir Rasim oğlunun evinə gəliblər. Onlar Elmirə zor tətbiq ediblər. Daha sonra Eyvazov Nahid Qədir oğlu özündə olan silah qismində istifadə edilən qaz tapançası və bıçaqla zor tətbiq edərək sonuncuya bədən xəsarətləri yetiriblər. Daha sonra evdən 450 manat nağd pul, 5 ədəd notbuk, xeyli sayda mobil telefon, modemlər, fen və digər elektron avadanlıqları quldurluq yolu ilə əldə ediblər. Qeyd edək ki, saxlanılan şəxslər əvvəldən zərərçəkmişi tanıyıblar. Polis saxlanılan şəxslərdən cinayətdə istifadə edilən tapança və bıçağı aşkar edərək götürüb. Eyvazov Nahid qəsdən adam öldürməyə görə 14, Sadıqov Elman da qəsdən adam öldürməyə görə 13 il azadlıqdan məhrum ediliblər.

Saxlanılan şəxslər həbsdə olarkən tanış olunlar. Quldurluq maddəsi ilя cinayəti işi başlanıb.

ogru-azeuro-1

hebs-azeuro-1