Bakıda avtomobil qaçıran Sabirabad sakinləri tutuldu

Bakıda avtomobil qaçıran Sabirabad sakinləri tutulub. AzEuroNews.com-un məlumatına görə, Bakı BPİ DYPİ və Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəfər Cəfərova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Elvin Məmmədov və Həsənağa Bayramnov saxlanılıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.