Ov edən Ağstafa sakini özünə xəsarət yetirdi

Ağstafada ov edən rayon sakini özünə xəsarət yetirib. AzEuroNews.com-un məlumatına görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Rayon sakini Aqil Kazımov ov edərkən ehtiyatsızlığı nəticəsində açdığı atəşlə ayağına xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib. Ağstafa RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.