Öz həmyerlisinin evini soydu: 300 manat, qızıl-zinət əşyaları

Mingəçevir sakini öz həmyerlisinin evini soyub. AzEuroNews.com-un məlumatına görə, rayonu sakini Sevdayə Həmidovanın evindən 300 manat pul, 400 manat dəyərində qızıl və məişət əşyaları oğurlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Zakir Qarayev tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.