Qaradağda piyadanı maşın vurub öldürdü

Qaradağda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə Lökbatan qəsəbəsində qeydə alnıb. Belə ki, Bakı şəhər sakini Etiqad Kərimov idarə etdiyi “QAZ-2410” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəhim Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən R.Hüseynov orada ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.