Xurma yığmağa gedən gənclər evi soydu-FOTOLAR

Xurma yığmaq üçün kəndə gedənlər gənclər evi soyublar. AzEuroNews.com-un məlumatına görə, Şəmkirin Abbaslı kənd sakini Elmixan Əhmədov evini təmir etdirmək üçün ailə üzvləri birlikdə inşaat materialları almağa gedib. Onlar geri qayıdandа talan olduğunu görüblər.

Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan Şəmkir polisi oğruların kimliyini müəyyən edə bilib. Məlum olub ki, Elmixan Əhmədovun evinə qanunsuz olaraq daxil olanlar Gəncə sakinləridir.

Saxlanılan şəxslər ilkin ifadələri zamanı oğurluq əməllərini etiraf ediblər. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamış Qüdrət Cəfərov Abbaslı kəndinə xurma yığmaq üçün getdiklərini deyib. Ancaq kəndə çatdıqda, qapılardan birinin bağlı olması onların fikrini daşındırıb.

Saxlanılan Nurlan Musayev isə cinayətdə gözətçi kimi iştirak edib. Onlar əldə etdikləri qəniməti aralarında bölüblər.

İstintaq zamanı məlum olub ki, bu Qüdrət Cəfərov və Nurlan Musayevin ilk əməli deyil. Onlar buna qədər Şəmkirlə yanaşı, ətraf şəhər və rayonlarda oxşar cinayətlər törədiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aprılır.

 

06c2bc4a-62ea-429e-af9f-11c90762ac90 b98cca78-d7e8-4e40-90c2-55898cb791ff