“Real”ın hücumçusu Kriştianu Ronaldo klubla yeni müqavilə bağlamaq fikrində deyil. Apasport.az saytı xəbər verir ki, bu barədə ulduz futbolçu İspaniya mətbuatına açıqlamasında deyib.

“Kral klubu”nda işlərinin qaydasında getdiyini bildirən portuqaliyalı superulduz yeni saziş bağlamaq fikrində olmadığını söyləyib: “Real”da işlərim əla gedir. Bu klubla müqaviləm 4 illikdi. Onu yeniləmək istəmirəm ”.

Qeyd edək ki, Kriştianu Ronaldonun “Real”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.