Yunis/AzEuroNews.com/ Bakı  ► ► ►   Çempionlar Liqasında sonuncu ev oyununu keçirən “Qarabağ”ın “Çelsi” ilə qarşılaşmada baş sponsoru “Yeni Həyat Şirkətlər Qrupu” MMC olub.

AzEuroNews.com xəbər verir ki, bu məlumatı Mehman Muradlı Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, bir neçə ay qabaq bu şirkətlə ad oxşarlığı olan “Yeni Həyat” MMC ləğv olunub. Onların yerləşdiyi ünvan da eyni imiş – Nobel prospekti,15, “Azure” kompleksi.

Lakin sonuncusu müflis elan edilib və fəaliyyətini dayandırıb. “Yeni Həyat Şirkətlər Qrupu” MMC-nin isə “Qarabağ”- “Çelsi” görüşünə baş sponsorluq etdiyi bildirilir.

karabag_5880

Ağdam klubunun sponsoru “Azərsun” holdinq olduğu halda, ingilislərlə oyuna sözügedən şirkətin sponsorluq etməsi maraq doğurur.

Qeyd edək ki, bu günlərdə Türkiyənin “Damat” şirkəti prezidentinin “Qarabağ”a sponsorluq etdiyi xəbəri yayılmışdı.

Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl isə bildirmişdi ki, bizim “Azərsun”, “Azərçay” və “Bizim tarla”dan başqa sponsorumuz yoxdur.

“Doğrudur, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb.

Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb”, – deyə Ə.Çəlikəl bildirib. Klub rəsmisi deyib ki, “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır.