Emil Salamoğlu/AzEuroNews.com/ Bakı ► ► ► Azərbaycanın futbol gündəmini silkələyən danışılmış “Keşlə” – “Neftçi” matçı və danışıqlarda şübhəli bilinən 2 futbolçu – Nizami Hacıyevlə Mirhüseyn Seyidovun həbsinə müxtəlif reaksiyalar gəlməkdədir.

AzEuroNews.com günün təfsilatını hazırlayaraq bu hadisələrlə bağlı verilən açıqlamaları təqdim edir:

► “Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov: “Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”

► “Keşlə” klubunun futbolçusu Adrian Skarlatake: ““Neftçi” ilə görüşdə qəribəlik hiss olunurdu”.

► “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov: “Neftçi”nin elə böyük büdcəsi də yoxdu ki, kiməsə pul təklif etsin”.

► “Zirə”nin baş məşqçisi Ayxan Abbasov: “Bu, kluba yox, Azərbaycan futboluna xəyanətdi”.

► Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev: “AFFA və PFL bu oyunla bağlı heç bir araşdırma aparmayacaq”.

► Daxili İşlər Nazirliyinin mətbuat katibi, polkovnik Ehsan Zahidov: “Ola bilər ki, futbolçuları prokurorluq saxlayıb”.