Portuqaliyanın futbol üzrə yığma komandasının və İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldo beşinci dəfə “Qızıl top” mükafatı alıb. Modern.az xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan “France Football” jurnalının Twitter səhifəsində məlumat yayılıb.

Məlumata görə, 2017-ci il üçün bu mükafata, ümumilikdə, 30 futbolçu iddia edib.

Qeyd edək ki, Kriştianu Ronaldo “Qızıl top”a 2008, 2013, 2014 və 2016-cı illərdə də layiq görülüb. İndiyədək “Qızıl top” mükafatına beş dəfə yalnız argentinalı futbolçu Lionel Messi layiq görülmüşdü.