“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin “Barselona”ya keçidi baş tutmaya bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı futbolçu Kataloniya klubundan konkret qərarını açıqlamasını tələb edib.

İspanlar Özillə ilkin razılığa gəlsə də, ona “Liverpul”un kapitanı Filip Koutinyoya alternativ gözü ilə baxır. Bundan narahat olan və gözləmək istəməyən Özil artıq “Mançester Yunayted”lə danışıqlara başlayıb. Ulduz futbolçunun tələb etdiyi həftəyə 300 min funt-sterlinqlik maaşı “mankunianlar” ödəməyə razılıq veriblər.

Qeyd edək ki, Məsut Özilin “Arsenal”la müqavilə müddəti cari mövsümün sonuna qədərdi.