Astananın Hava limanı işə saat 17:00 radələrində başlayacaq, hal-hazırda hava limanı ərazisində uçuş xətlərinin təmizlik işləri aparılır.

“Air Astana”da 4 reys gecikir, 30 reys ləğv olunub, ondan 14-ü xarici reyslərdir.

“Scat”da 9 reys gecikir, 12 reys isə ləğv olunub.

Astananın Təhsil İdarəsindən verilən məlumata əsasən 8 yaşlı uşaq fırtına zamanı itkin düşüb. Bu hadisə səhər saatlarında baş vermişdir. İtkin düşmüş uşaq yük avtomobilinin sürücüsü tərəfindən tapılıb və valideynlərinə təhvil verilmişdir.

Daxili İşlər Nazirliyinin nümayəndəliyi Ruslan İmanqulovun verdiyi məlumatda qeyd edib ki, 112 nömrəsinə 3100 zəng daxil olub. Bunlardan 850-si bağlı tras yolları və təcili yardım xahişi ilə bağlı olub.

Astanada bi çox avtomobillərin, şəxsi evlərin və binaların dam örtükləri zərər görmüşdür. Ölən və yaralananlar yoxdur, xilasetmə işləri davam etdirilir.