Məhəmməd Türkmən sayt rəhbəri oldu

23

Yanvarın 9-dan etibarən Azərbaycanda  “Yeni Müsavat” Media qrupunun tərkibində daha bir sayt Minval.info xəbər portalı fəaliyyətə başlayıb.

AzEuroNews.com-un məlumatına görə, kollektivi tamamən gənc jurnalistlərdən ibarət sayt rus, türk, Azərbaycan dilləri olmaqla, 3 dildə fəaliyyət göstərir.

Baş redaktoru tanınmış jurnalist Məhəmməd  Türkmənin rəhbərliyi ilə Minval.info saytı  Azərbaycanda və dünyada baş verən mühüm və maraqlı hadisələr barədə gündəlik, operativ informasiyalar, məqalələr yayımlamağı nəzərdə tutur.  Sayt həftənin bütün günləri fəaliyyət göstərir və daim xəbərlərlə yenilənir.

Portal – siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, şou-biznes, idman, fövqəladə və kriminal hadisələr barədə, həmçinin cəmiyyət həyatının digər sahələrinə dair informasiyalarla yanaşı, maraqlı fotosessiyalar, video materiallar da təqdim etməyi də öz üzərinə götürüb.

Minval.info-nun informasiya siyasəti  bütövlükdə cəmiyyətin maraq dairəsini əhatə etməkdən ibarətdir. Bu resurs hər bir vətəndaşın oxuyacağı, maraqlanacağı, istədiyi məlumatları ala biləcəyi və etibar edəcəyi əsas informasiya mənbəyinə çevrilməyi hədəf seçib.

Portalın informasiya vasitəsi kimi üstünlüyü onun bütün xəbər resurslarını əhatə etməsidir. Belə ki, saytda yerli və dünya agentliklərinin, qəzet və jurnalların, xəbər saytlarının məlumatlarından istifadə olunur. Portal həmçinin özünün informasiya məhsullarını – xəbər və məqalələri, araşdırmaları, müxtəlif mövzulara dair müəllif yazılarını, foto-reportajları, video-xəbərləri istifadəçilərin diqqətinə çatdırır.