Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyada yarım gün işləyib uşaqlarına baxan valideynlərə yardım məqsədi ilə hazırlanan proqram işə salınıb. AzEuroNews.comun məlumatına görə, “Valideyn pulu plyus” (Elterngeld Plus-almanca) adlanan proqramın işə salınması ilə ondan bir çox ailələr istifadə edib.

Klassik “Valideyn pulu” (Elterngeld -almanca) proqramından fərqli olan bu proqram Almaniyada yaşayan gənc ailələrin marağına səbəb olub.

Məlumata görə, artıq Almaniyada  hər üç  ailədən biri “Valideyn pulu plyus” proqramından yararlanır. Kiçik uşaqları olan valideynlərə dövlət tərəfindən pul yardımı olan proqram yarım günlük çalışan valideynlərə daha çox sərf edir.

“Valideyn pulu plyus” proqramda vurğulanır ki, ən azı 150 avro, ən çox 900 avro olan yardım 28 aya qədər ödənilir. Bir şərtlə ki, hər iki valideyn yarım günlük işdə həftədə 25-30 saat işləsin. Eyni zamanda onların birgə baxdıqları uşaqları olsun.