Cəlilabad rayonu Alar kənd 2 saylı orta məktəbinin direktoru Lətif Seyfullayev vəzifəsindən azad olunub.

“Ölkə.Az” xəbər verir ki, Cəlilabad Rayon Təhsil Şöbəsindən oxu.az-a verilən məlumata əsasən, Cəlilabad RTŞ-nın 15 yanvar 2018-ci il tarixli, 05 nömrəli  əmri ilə Alar kənd 2 nömrəli tam orta məktəbinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Seyfullayev Lətif Məzahim oğlu vəzifəsindən azad edilib.

Xatırldaq ki, bir müddət öncə Lətif Seyfullayevin müəllimlərdən rüşvət istədiyinə dair səs yazısı yayılmışdı. Direktor məktəbin müəllimi Azad Dadaşovu 50 manat rüşvət vermədiyi üçün təhqir etmiş, pedaqoji şurasının iclasında müəllimləri A. Dadaşova qarşı ərizə yazmağa çağırmışdı.