Dünya çempionatının kuboku Azərbaycana gətiriləcək.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mükafat dünya turu çərçivəsində fevralın 9-da Bakıda olacaq. Kubok “Gənclik Mall” Ticarət Mərkəzində nümayiş etdiriləcək.

Qeyd edək ki, Dünya Kuboku 6,142 kq çəkiyə malikdir və qızıldan hazırlanıb. Mükafatın orijinal dizaynı 1974-cü ildə yaradılıb. 2018-ci il dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyada keçiriləcək.