“Mançester Yunayted” klubunun oyunçusu Aleksis Sançesə 16 aylıq şərti həbs cəzası verilib.

“Ölkə.Az” xəbər verir ki, Sançes İspaniyada oynadığı dövrdə vergidən yayındığı üçün bu cəzaya məhkum olub.

“Barselona”da oynadığı dövrdə vergidən yayındığı iddiası ilə çilili futbolçu haqqında cinayət işi qaldırılmışdı. İstintaq nəticəsində İspaniya vergi idarəsi və məhkəmə razılıq əldə edib. Qərara əsasən, Sançes 16 ay həbs cəzasından başqa 1 milyon avro cəriməyə də məhkum edilib.  Əgər Aleksis 2 il cinayət işləməsə həbsxanada yatmayacaq.