Rusiya prezidenti Vladimir Putin xəstələnib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Soyuqlayıb, amma işini davam etdirir”, – deyə Peskov qeyd edib.

Xatırladaq ki, bu gün Rusiya prezidenti Soçidə “Rusiya liderləri” müsabiqəsinin finalçıları ilə görüşüb. Tədbirin açılışı zamanı Putin sakit danışdığına görə üzr istəyib.

“Mən üzr istəyirəm, səsim batıb”, – deyə dövlət başçısı üzrxahlıq edib.