Türk Silahlı Qüvvələri Şimali İraqa havadan zərbələr endirib.

“Ölkə.Az” xəbər verir ki, qırıcılar hücum hazırlığında olduğu müəyyən edilən terrorçulara qarşı hava əməliyyatı həyata keçirib. Nəticədə 8 hədəf məhv edilib.

Türk Silahlı Qüvvələrindən verilən açıqlamada deyilir ki, Sinath-Haftanin, Metina, Gara, Avaşin və Basyan bölgələrində kəşfiyyat və müşahidə vasitələri ilə polis idarələrinə hücum hazırlığında olan terror qruplaşmalarının üzvlərinə qarşı hava hərəkatı keçirilib. Nəticədə terrorçulara məxsus sığınacaq, depo və silah anbarı olmaqla, 8 hədəf məhv edilib.