Kino ölkəsi Almaniya – Video

13

Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Oskar qalibləri, ən böyük film festivalı və “Blockbuster”in dilə gətirdikləri … Almaniyada kino sahəsində “ən yaxşı”ların siyahısı uzundur. AzEuroNews.com “ən yaxşı” 10-luğu təqdim edir:

► Ən böyük film festivalı

Berlin film festivalı olan “Berlinale”dünyanın ən böyük tamaşaçı festivalıdır; 2017-ci ildə festivalda təxminən 500 min ziyarətçini qeydə alındı.

► 2017-ci ilin ən müvəffəqiyyətli filmi

Elyas M’Barekin baş rolda çəkildiyi “Fack ju Göhte 3” Almaniyada 2017-ci ildə ən müvəffəqiyyətli film oldu. Film trilogiyasının son hissəsi kinoklublara təxminən altı milyon tamaşaçı cəlb etdi.

 

► Ən çox baxılan alman filmi

1965-ci ildən etibarən ən uğurlu alman filmi  “Manitunun ayaqqabısı” (Der Schuh des Manitu) idi. Michael Herbiqin kovboy rolunda çəkildiyi bu komediyaya təxminən on iki milyon tamaşaçı güldü.

► ABŞ-da ən uğurlu alman filmi

Alman filmi “Sualtı qayıq” (Das Boot 1982) Amerikada çox böyük müvəffəqiyyətlər qazandı. Wolfgang Petersenin bu sualtı dramı təxminən on iki milyon dollara başa gəldi.

► Oskar qalibi

“Digərlərin həyatı” (Das Leben der Anderen)  2007-ci ildə ən yaxşı film kimi Oskar mükafatına layiq görüldü.

► Ən məşhur alman Hollivud ulduzu

Diane Kruger Hollivudun ən uğurlu alman aktyorudur. O, Fatih Akının “Paramparça” (Aus dem Nichts) filmi ilə Qızıl Kürə mükafatına layiq görüldü.

► Avropanın ən böyük film studiyası

Potsdam yaxınlığında yerləşən Babelsberg studiyası dünyanın ən qədim və eyni zamanda Avropada ən böyüyük studiyası sayılır. Bu studiyada son çəkilən uğurlu filmlər “The Bourne Ultimatum” və “Inglourious Basterds” oldu.

► Əməkdar Film Akademiyası

Baden-Württemberg Film Akademiyasına görə “Hollywood Reporter” dünyanın ən yaxşı 15 film məktəbindən biri sayılır. Ludwigsburg Akademiyası öz animasiya institutu ilə bal toplayır.

► Ən yaxşı kino effektləri

Frankfurt şirkəti Pixomondo kino effektləri üçün aparıcı beynəlxalq şirkətlərdən biri sayılır. Martin Scorsesenin “Hugo Cabret”  filmi   2012-ci ildə Oskar mükafatına layiq görüldü.

► Dünyanın ən məhur film musiqisi

Frankfurtlu Hans Zimmer dünyanın ən məşhur kino sənətçilərindən biridir. O, Oskara on dəfə namizəd oldu.