Türkiyə Rusiyadan ikinci dəfə “S-400” zenit-raket kompleksi almağı planlaşdırır.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, iki ölkə arasında imzalanan müqaviləyə əsasən, rəsmi Moskva Türkiyəyə satdığı bu sistemin ilk partiyasını 2020-ci ildə təhvil verəcək.

Məlumata görə, bundan sonra Türkiyə ilə Rusiya arasında yenidən müzakirələr başlayacaq. Tərəflərin “S-400” zenit-raket kompleksinin ikinci partiyasının alqı-satqısı üçün 2021-ci ildə danışıqlar masasına oturacağı gözlənilir.

Qeyd edək ki, Rusiyanın “Rostex” Dövlət Şirkətinin direktoru Sergey Çemezov “S-400”ün ilk partiyasının 2020-ci ilin martında Türkiyəyə təhvil veriləcəyinin bildirib.