Münhenin “Bavariya” klubu bütün turnirlərdə ardıcıl qələbələrin sayına görə rekordunu təkrarlayıb.

“Report” xəbər verir ki, bu barədə “Sovetskiy sport” məlumat yayıb.

Klub Çempionlar Liqasında 1/8 final mərhələsində İstanbulun “Beşiktaş” komandasını 5:0 hesabı ilə məğlub edib və dalbadal 14-cü qələbəsini təmin edib.

Qeyd edək ki, “Bavariya” əvvəlki nailiyyətini 1980-ci ildə qazanıb.