Təmir işləri ilə əlaqədar sabahdan Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən (“Əhmədli” metrostansiyası) Babək prospektinə qədər olan istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. Sürücülərə həmin istiqamət üzrə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Küçənin digər istiqamət üzrə, yəni Babək prospektindən “Əhmədli” metrostansiyasına doğru olan hissəsində isə hər hansı məhdudiyyət tətbiq edilməyəcək.