Böyük Britaniyanın “Jaguar Land Rover” avtomobil alyansı rəsmi olaraq özünün ilk mobil yeniliyini təqdim edib.

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən verdiyi məlumata görə, bu, su keçirməyən “Explore” smartfonudur.

Yeniliyin maraqlı xüsusiyyətlərindən biri onun displeyidir. Belə ki, displeyin sensoru asanlıqla əlcəkli və ya yaş olan əllərə reaksiya verir. Bu isə istər “iPhone”, istərsə də “Samsung” üçün qətiyyən səciyyəvi deyil. Cihazın yüngül akkumulyatoru onun enerji doldurmadan iki gün fasiləsiz işləməsinə imkan verir.

Bundan başqa, “Explore” smartfonu zərbəyə davamlılığa malikdir. Onun hətta 1,8 metr məsafədən düşməsi qorxulu deyil. Cihazın qiyməti isə 600 dollar təşkil edir.