Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

“Report”un məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub. Cütlərin tərkibi “kor püşk”ə əsasən müəyyənləşib. Yəni komandaların səpələnmişlər və səpələnməmişlər səbətlərinə, eləcə də ölkə bölgüsü aparılmayıb. Yeganə istisna kimi Rusiya və Ukrayna komandaları bir-birilərinə rəqib olmalarına imkan yaradılmayıb. Bu isə iki ölkə arasındakı siyasi münasibətlərin qaydasında olmaması ilə əlaqədardır.

1/8 finalda görüşəcəklər: 

“Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna)

“Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya)

“Atletiko” (Madrid, İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya)

MOİK (Moskva, Rusiya) – “Lion” (Fransa)

“Marsel” (Fransa) – “Atletik” (Bilbao, İspaniya)

“Sportinq” (Portuqaliya) – “Viktoriya” (Plzen, Çexiya)

“Borussiya” (Dortmund, Almaniya) – “Zalsburq” (Avstriya)

“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə)

Oyunlar martın 8-də və 15-də keçiriləcək. İlk görüşlər adları birinci göstərilən komandaların meydanında təşkil olunacaq.