Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatı başlayandan indiyə qədər 2018 terrorçunu zərərsizləşdirib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Suriyanın Afrin şəhərinin şimal-qərbindəki Şeyx Məhəmməd, Dudu, Semalik, Velikli, Kavanda kəndləri terrorçulardan təmizlənib. Qeyd edilib ki, əməliyyat boyunca türk əsgərləri terroçuları raketlərlə vurub, onların Türkiyə sərhəddi ilə təması kəsilib və Türkiyə Silahlı Qüvvələri Afrində mülki əhaliyə yardım edib. Xatırladaq ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.