Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Şirvanda narkobaron güllələnib. AzEuroNews.com xəbər verir ki, hadisə şəhərin “Naves” adlı kafesinin qarşısında qeydə alınıb. Belə ki, Teyyub adlı narkobaron kafedən çıxarkən ona yaxınlaşan avtomobildən atəş açılıb. Hadisə yerinə Şirvan Şəhər Polis Şöbəsi və Porkurorluğunun əməkdaşları gəliblər. Hazırda cinayət faktı üzrə araşdırma aparılır.

APA-nın məlumatına görə, yaralı 1966-cı il təvəllüdlü Tağıyev Teyyub Eyyub oğlu Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. T.Tağıyevin bir neçə məhkumluğu olduğu bildirilir.

vetenperverler.az saytının yazdığına görə, killerin kimliyi məlum olub. Bu keçmiş polis zabiti, Şirvanın icra başçısı Mərdan Camalovun dayısı oğlu Məmmədov Azər Priverdi oğludur. O, Şirvanda “Hacı Azər” kimi tanınırmış.

Ehtimal olunur ki, bu hadisənin hansısa kriminal hesablaşma ilə əlaqəsi var.