Milli Məclisin 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı martın 30-da xüsusi iclası keçiriləcək.

Modern.az-ın  məlumatına görə, xüsusi iclasda soyqırım ilə bağlı qərar layihəsi qəbul ediləcək.

Həmçinin, iclasda Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə ünvanlanacaq müraciət müzakirə ediləcək. Daha sonra isə müraciətin qəbulu məsələsinə baxılacaq.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.