AzEuroNews.com / Bakı ► ► ► Zərdab sakinlərinin həyatları təhlükə qarşısındadır. AzEuroNews.com –un eketron poçt ünvanında göndərilən məktubda deyilir ki, rayon əraizisində betondan olan elektirik dirəklərinin dibinə beton tökülmədən torpağa basdırırlar: “Bu çox təhlükəlidir.  Hər vaxt güclü külək nəticəsində həmin dirəklər aşa bilər. Boru formalı elektirik dirəklərinin yağışdan qorunması üçün üst örtükləri vurulmur. Bunu isə ona görə edirlər ki, dəmir borular yağış suyundan erroziyaya uğrasın təmir adı ilə dövlət vəsaitlərini mənimsəsinlər. Hansı ki,  “Asiya İnkişaf Bank”-ı bu işlərin görülməsi üçün külli miqdarda vəsait ayırıb. Həmin vəsait belə saxtakarlıq yolu ilə talan edilir. Kəndlərdə elektirik trasvarrnatorları üçün tikilmiş yerlər hələ də boş qalıb. Həmçinin trasvarmatorların əksəriyyəti suyun içindədir ki, bu insan həyatı üçün çox-çox ciddi təhlükədir”.

Zərdab sakinlərinin məktubunda deyilir ki, Zərdab rayon elektirik şəbəkəsinin rəisi Səməd Hüseynov bütün bu işlərə biganə yanaşır. Sakinlər aidiyyatı dövlət qurumlarının bu problemi diqqətdə saxlamalarını xahiş edirlər.