Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Fevral ayında Almaniyadan sığınacaq istəyənlərin statistikası açıqlanıb. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) məlumat yayıb. Məlumatda deyilir ki, 2329 nəfər Suriya vətəndaşı Almaniyadan sığınacaq istəyənlərin fevral ayı üçün olan statistikasında birinci yerdə qərarlaşıb. Onları 1325 nəfərlər İraq, 855 nəfərlə Əfqanıstan, 771 nəfərlə Nigeriya, 635 nəfərlə Türkiyə, 628 nəfərlə İran, 596 nəfərlə Gürcüstan, 427 nəfərlə Somali, 408 nəfərlə Rusiya Federasiyası, 336 nəfərlə Eriteriya vətəndaşları izləyiblər.

 

Dekabr 2017 Yanvar2018 Fevral 2018
Suriya 3.105 2.590 2.329
İraq 1.582 1.317 1.325
Əfqanıstan 927 882 855
Nigeriya 674 948 771
Türkiyə 517 776 635
İran 525 888 628
Gürcüstan 522 745 596
Somali 471 535 427
Rusiya Federasiyası 308 481 408
Eriteriya 815 455 336