Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Son 3 ayda 1863 Gürcüstan vətəndaşı turist kimi gəldiyi Almaniyadan vətənlərinə qayıtmayıb. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) son üç ay üçün yaydığı statistikada qeyd  olunub.

Belə ki, keçən ilin dekabr ayı Almaniyaya turist kimi gələrək geri qayıtmayan və bu ölkədən sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı 522 nəfər olub. Bu rəqəm təzə ilin yanvar ayında bir qədər də artaraq 745 olub. Fevral ayının statistikasına görə isə, 596 Gürcüstan vətəndaşı ölkəsinə geri qayıtmayıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstanla Avropa Birliyi ölkələri arasında vizasız gediş-gəlişin təmin edildiyi gündən Avropaya gələn gürcülər ölkələrinə qayıtmır. Bu barədə dəfələrlə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, son aylar Gürcüstan vətəndaşlarının Almaniyadan sığınacaq tələb etməsi faktı artıb.