“Juniper Research” konsaltinq şirkəti “İntel” tədqiqat şirkəti ilə birlikdə dünyanın ən inkişaf etmiş 20 şəhərinin adını açıqlayıb.

“Ölkə.Az” xəbər verir ki, siyahıya Sinqapur liderlik edir. Sinqapur 4 parametr üzrə reytinqə rəhbərlik edib. Bunlar mobillik, sağlamlıq, təhlükəsizlik və istehsalatdır.

Tədqiqata əsasən, Asiya meqapolisinin sakinləri inkişaf etmiş nəqliyyat sistemi sayəsində il ərzində 60 saat vaxta qənaət edirlər. Video müşahidə şəbəkəsi isə, hüquq-mühafizə orqanlarına cinayətkarlığa qarşı uğurla mübarizə aparmağa imkan verir.

1965-ci ildə Malayziyadan ayrılan şəhər-dövləti inkişaf mərhələsinə sıçrayaraq dünya üçün nümunəyə çevrilib.

İlk beşliyə London, Nyu-York, San-Fransisko və Çikaqo daxildir.