Finlandiya dünyanın ən xoşbəxt ölkəsidir.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin yaydığı hesabatda bildirilib.
“The World Happiness Report 2018” hesabatında dünyanın 156 ölkəsi yer alıb. Hesabatda əhalinin orta yaş həddi, sosial dəstək, korrupsiya və digər amillər nəzərə alınıb.
“Finlandiya ilk dəfə bu hesabatda birinci yer tutub. Ötən ilin birincisi olan Norveç isə bu il ikinci olub”, – deyə BMT-nin yaydığı hesabatda qeyd edilib.
Dünyanın ən xoşbəxt ölkələrinin ilk onluğunda Danimarka, İsveçrə, Hollandiya, Kanada, Yeni-Zelandiya, İsveç və Avstraliya yer alıb.