Banqladeşə sığınan 515 min arakanlı ölümlə üz-üzədir-Fotolar

15

Fərhad ÇAĞTÜRK/  Myanmada buddist zülmündən qaçan arakanlı müsəlmanlar sığındıqları Banqladeşdə ölüm-qalım mübarizəsi aparırlar. AzEuroNews.com-un məlumatına görə, Birləşmiş Millətlər Təşkilatı  (BMT) Banqladeşə sığınan arakanlı müsəlmanların sayı ilə bağlı məlumat yayıb. BMT-nin hesablamalarına görə, hazırda Banqladeşin Cox əyalətindəki sığınacaqlarda qalan arakanlıların sayı 515 min nəfəri keçib.

myanma

BMT-nin hesabatında vurğulanır ki, hazırda arakanlı müsəlmanlar aclıq və yoluxucu xəstəliklər səbəbindən ölümlə üz-üzədirlər. Məlumatda qeyd edilir ki, hər keçən gün Banqladeşə qaçan arakanlıların sayı artığından onlara yetərincə humanitar yardım göstərilə bilmir.

ewq_8423